İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl – cəzirə online" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, İrina Bukova – UNESCO – nun baş katibi, dünən, həftənin birinci günü, Avqust ayının 24 – də, bəyaniyyə yayaraq Suriyanın Tədmir şəhərində "Palmira arxeoloji kompleks"ində "bi`il şə`min" tarixi məbədinin partlaılaraq dağıdılmasını müharibə cinayəti sayaraq, bunu bütün bəşəriyyət üçün böyük zərər adlandırıb, cinayətin amillərinin mühakimə olunmasını istəyib və İŞİD təkfirçi terrorist qruplaşmasının bu addımını kəskin şəkildə tənqid və məhkum edib.
Bu xəbərə görə BMT – nin baş katibi Ban Ki Moon da Suriyada Palmira kompleksindəki "bi`il şəmin" məbədinin partladılmasını və kompleksin qoca müdiri Xalid Əs`ədin başı kəsilərək edam olunmasını müharibə cinayəti elan edərək məhkum edib.
Qeyd edək ki, "bi`il şə`min" məbədi arxeoloji əsərlər arasında ikinci mühüm abidədir və UNESKO – nun siyahısında yer almışdır. İŞİD terroristləri cari ilin May ayında bu şəhəri ələ keçirdikdən sonra 20 nəfər suriyalını burada edam etmişdi və keçən həftə 82 yaşlı Suriyalı arxeoloq Xalid Əs`ədi - 2000 illik Palmira kompleksinin 50 illik müdiri, başını kəsərək öldürmüş və cəsədini Tədmir şəhərinin mərkəzi meydanında asmışdılar.